Şübhəsiz
təlqinlə təsir etmək adamdan çox böyük məharət tələb
edir.Bu,inandırmağı bacarmaq istedadıdır.İnsan
psixologiyasına təsiri əvəzsiz olan söz və onun deyim
for-maları,nitq və natiqlik məharəti, sözün düzgünlüyü
və vaxtında deyilməsi,söz deyildikdə sözə uyğun
hərəkətlər ,sifət və onun mimikası təlqin üçün əsas
şərtdir.Sözlə insanı ilhamlandırmaq,onda yaşamaq eşqini
artırmaq, iradəsini möhkəmləndirmək,əhvali-ruhiyyəsini
yaxşılaşdırmaq,həm də əksinə,insana zərbə vurmaq ,qəlbinə
xal salmaq,öz gücünə inamsızlıq yaratmaq və
mənəvi ölümə məhkum etmək olar.
ƏYANİ BAX
Məmləkətimiz.
Bu səhifədə Azərbaycanın dövlət
rəmzləri,
fauna vəflorası,
Respublikamızın Konstitusiyası,
bayram günləri və işğal olunmuş
ərazilərimiz haqqında oxuya bilərsiniz.
DAXİL OL.
Xalq təbabətinin tarixi çox qədimdir. O hələ ibtidai
icma dövründən fəaliyyət göstərib. O vaxtlar birinci
növbədə zədələnmələr, yaralanmalar, zəhərlənmələr və
doğuş zamanı müalicə yardımı göstərilirdi. Xeyli sonrakı
dövrlərdə xalq təbabəti qızdırma ilə müşayiət edilən
xəstəlikləri - dəri yara-xoralarını, göz, qulaq
xəstəliklərini və sair müalicə etməklə məşğul olur,
müalicə məqsədi ilə bitki və heyvan mənşəli dərmanlarla
yanaşı, mineral sulardan - müalicə palçığından, iqlim
şəraitindən, masajdan, qan almadan və ilaxır
vasitələrdən də istifadə olunurdu. >>
DAVAMI.
6-cı sinifdən 11-ci
sinifədək bütün fənnlərdən və 1,2,3,4-cü qruplar da
daxil olmaqla öz biliyinizi yoxlaya bilərsiniz.
DAXİL
OL.
Tariximizin ən əhəmiyyətli dövrlərindən
biri ilkin orta əsrlər dövrüdür. Bu dövr
Azərbaycan xalqının əcdadlarının inanc sistemində və
sosial-siyasi, ideoloji və mədəni strukturunda dərin
izlər buraxmış və ən çox təhrifə, saxtalaşdırmaya məruz
qalmış bir dövrdür. Həmin dövrə münasibətdə əksər
hallarda tarixçilərimiz ya susmuş, ya da mexaniki olaraq
tarixi saxtalaşdıranları təqlid etməklə kifayətlənmişlər.
ƏTRAFLI:
Azərbaycan
milli mətbəxi dünyanın qədim, zəngin və dadlı
mətbəxlərindən biridir. Azərbaycan milli mətbəxi təkcə
xörəklər, onların hazırlanma texnologiyasının üsulları
deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən
biridir. Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini,
onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını,
adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı,
etikanı, estetikanı, poeziyanı və mətbəxin sair
aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf
mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı
praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.ƏTRAFLI.