Öskürək

Öskürək müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bə”zən yarımçıq halda olur. Bronxitdən olan öskürək əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir.
Bu zaman 20q reyhan yarpağı və çiçəyini 20q kəklikotu ilə qatışdırır, üzərinə 1L qaynar su tökür, 10–15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal qatıb, hər yarım saatdan xəstəyə 1 qaşıq verirlər. Yaxud bir ovuc kəklikotunu 1L suda qaynadıb süzür, sonra 250q balı da 1L suda qaynadıb onu da süzgəcdən keçirirlər. Daha sonra bu iki məhlulu qatışdırıb, hər gün 4–6 qaşıq xəstəyə verirlər. Başqa bir vasitə kimi qara turpun içini oyub oraya döyülmüş nabat tökür, 1 gündən artıq saxlayır və əmələ gələn qatı şirədən gər dəfə 1 qaşıq içirlər.
Öskürəyə qarşı 30q təzə və ya quru heyva çiçəyini 1L suda dəmləyərək öskürəyə qarşı işlədirlər. Heyva mürəbbəsi sinəni yumşaldır, öskürəyi sakitləşdirir, təngnəfəslik hallarına qarşı münasib hesab edilir. Heyva toxumunun selikli mayesi və toxumun özü də sinə üçün ən faydalı dərmanlardan sayılır. O sinəni yumşaldır, öskürəyi müalicə edir, boğazı yumşaltmaqla quru öskürəyə qarşı çox yaxşı vasitədir.
Öskürək hallarında şirin badam da faydalı vasitələrdən hesab edilir. Ondan badam südü adlanan şirə hazırlayıb işlədirlər. Bunun üçün bir qədər badamı yarımilıq suda isladıb qabığını soyur, həvəngdə su qataraq döyüb yumşaldır xəmir halına gətirirlər. Sonra onu su ilə qatıb həll edir və 50q şəkər (daha yaxlı olar ki, bal) əlavə edərək süzgəçdən keçirirlər.
Fındıqdan alınan yağ da sinə və öskürək üçün tə”sirli vasitələrdən sayılır. Öskürək zamanı püstə və banan da xeyirlidir. Bal boğazı təmizləməklə öskürəyin qarşısını alır, onu isti süd ilə yemək faydalıdır. Gülxətmini qaynadıb təpitmə düzəldir və öskürəkdən olan sinə ağrısı üçün istifadə edirlər.

www.azeritest.com